Stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi başlayıb
İyulun 3-də Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə liqa çempionatının final mərhələsi başlayıb.

Yarışlarda 2006-cı il təvəllüdlü və daha azyaşlı idmançılar mübarizə aparırlar. Liqa çempionatı üç divizionda keçirilir. Çempionatda Azərbaycanın şəhər və rayonlarından federasiyada qeydiyyatdan keçən komandalar iştirak edirlər.

Xəbər 1126 dəfə oxundu.