Braziliya yığması futbol üzrə Amerika Kubokunun finalına yüksəlib
İyulun 3-də Amerika kubokunun ilk yarımfinal görüşü keçirilib.

İki əzəli rəqib Braziliya və Argentina yığmaları üz-üzə gəlib. Görüş Braziliya yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qol matçın 19-cu dəqiqəsində vurulub. Qabriel Jesuz Roberto Firminonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Görüşün 71-ci dəqiqəsində braziliyalılar fərqi iki topa çatdırıblar. Roberto Firmino adını tabloya yazdırıb.

Braziliya Argentina yığmasına qalib gələrək Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə finalda görüşəcək. Həmin görüş iyulun 4-də gecə saat 04:30-da başlayacaq.

Xəbər 770 dəfə oxundu.