“Grand Chess Tour 2019”un VII turunda Şəhriyar Məmmədyarovun növbəti rəqibi Maksim Vaşe-Laqrav olacaq
İyulun 3-də Xorvatiyanın paytaxtı Zaqrebdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsində yeddinci turun qarşılaşmaları keçiriləcək.

Altıncı turda amerikalı Uesli Soya məğlub olan şahmatçımız növbəti oyunda fransalı Maksim Vaşe-Laqrav ilə qarşılaşacaq. Ötən turun digər oyunlarında norveçli dünya çempionu Maqnus Karlsen amerikalı Hikaru Nakamura, çinli Dinq Liren rusiyalı Yan Nepomnyaşi, ermənistanlı Levon Aronyan rusiyalı Sergey Karyakinə qalib gəliblər. Hollandiyalı Aniş Giri hindistanlı Vişvanatan Anandla heç-heçə edib.

Bu gün turnir iştirakçıları üçün istirahət günüdür.

Altı turun yekununa görə Şəhriyar Məmmədyarovun 2 xalı var. Yan Nepomnyaşi və M.Karlsen 4 xalla turnir cədvəlinə başçılıq edirlər. D.Liren, L.Aronyan 3,5, M.Vaşe-Laqrav, S.Karyakin, V.Anand 2,5, A.Giri, H.Nakamura isə 2 xal toplayıblar.

Xəbər 908 dəfə oxundu.