Qadın futbolçular arasında dünya çempionatının yarımfinalçıları müəyyənləşib
Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının yarımfinalçıları müəyyənləşib.

Dörddəbir final mərhələsinin ötən gün keçirilən son iki oyununda Hollandiya yığması İtaliyanı (2:0), İsveç millisi isə Almaniyanı (2:1) məğlubiyyətə uğradaraq finala vəsiqəni təmin ediblər. Dörddəbir finalın digər qarşılaşmalarında isə İngiltərə yığması Norveçdən (3:0), ABŞ seçməsi isə ev sahibi Fransadan (2:1) üstün olub.

Beləliklə, çempionatın yarımfinal mərhələsində İngiltərə-ABŞ və Hollandiya-İsveç görüşləri oynanılacaq. Yarımfinal qarşılaşmaları müvafiq olaraq iyulun 2-də və 3-də təşkil ediləcək. Çempionatda üçüncü yer uğrunda görüş iyulun 6-da, final matçı iyulun 7-də Lion şəhərində keçiriləcək.

Dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb.

Xatırladaq ki, dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə yığması Almaniyanı minimal hesabla məğlubiyyətə uğradıb.

Qadın futbolçular arasında ilk dünya çempionatı 1991-ci ildə keçirilib. İndiyədək 7 dəfə təşkil edilən dünya çempionatlarında ABŞ yığması üç dəfə kuboka sahib olub. Almaniya millisi 2, Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.

Xəbər 768 dəfə oxundu.