17 yaşlı qızlarımız Latviya millisini darmadağın edib
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama matçını keçirib. İdman.com.az saytının məlumatına görə, Sissi Raytın rəhbərlik etdiyi komanda bu il Azərbaycanda keçiriləcək dünya çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə Latviya yığması ilə qarşılaşıb.

Lənkəranda baş tutmuş oyunda qızlarımız rəqibini darmadağın edib. Millimiz hər hissədə 2 qol vuraraq lənkəranlı azarkeşlərə qol şousu göstərib – 4:0. Qeyd edək ki, komandalar arasında növbəti oyun mayın 12-də baş tutacaq.


Xəbər 1078 dəfə oxundu.