Yelena Çalıx finiş xəttini 1-ci keçib
Bu gün «Azadlıq» meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə beynəlxalq velotur start götürüb. İdman.com.az xəbər verir ki, ölkəmizdə birinci dəfə təşkil olunan yarışın ilk günündə qadınlar mübarizəyə qoşulublar. Xanımların rəqabətində Azərbaycanı yeganə idmançısı Yelena Çalıx təmsil edib. Felosipedçimiz finiş xəttini hamıdan öndə keçərək, kubok qazanıb. Xatırladaq ki, həmyerlimiz London Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Xəbər 1189 dəfə oxundu.