Alyona Kolesnik: "Hər bir medal qələbədir"
"İkinci Avropa Oyunlarında iştirak etdiyim üçün sevinirəm. Rəqabət güclüdür. Qalib olmaq üçün yaxşı hazırlaşmaq lazımdı". Bu sözləri İkinci Avropa Oyunlarında bürünc medal qazanan qadın güləşçimiz Alyona Kolesnik deyib.

"Dünən yarış mənim üçün çox çətin keçdi. Mən bolqarlı rəqibimə uduzdum, hansı ki, finalda üçüncü yerə çıxıb. Biz onunla üçüncü dəfə idi yarışırdıq. Bu gün səhər də çox çətin görüş oldu. Yaxşı hazırıaşmışdım. Amma bu bir mübarizədir.

İlk dəfədir Minskdəyəm. Yarış çox yaxşı təşkil edilib, təşkilatçılıq mükəmməldir. İkinci Avropa Oyunlarında iştirak etdiyim üçün sevinirəm. Rəqabət güclüdür. Qalib olmaq üçün yaxşı hazırlaşmaq lazımdır. Düşünürəm ki, Hər bir medal qələbədir. Qızıl, gümüş, bürünc, fərq etmir.

Qələbəmi ilk dəfə anamla paylasacam. Ən önəmli mənim üçün anamdır.
Azərbaycan xalqı məni tanıyır. Bunun üçün çox xoşbəxtəm. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm.

Gələcəkdəki planlarım daha da zirvələrə qalxmaqdı. Bu da bizim əlimizdədi, çalışmaq lazımdı".

Xəbər 1516 dəfə oxundu.