“Minsk 2019”: güləşçimiz Elmira Qəmbərova finalda gümüş medalla kifayətlənməli oldu
Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova II Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb.

62 kiloqram çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.

Xəbər 1171 dəfə oxundu.