Ağır atletika üzrə respublika yarışlarına start verilib
Ağır atletika üzrə Azərbaycanın bütün bölgələrini əhatə edən respublika birinciliyinin üçüncü seçmə mərhələ yarışları start götürüb.

Yarışların Xırdalanda start verilən birinci günündə Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdakı bütün idman cəmiyyətlərini təmsil edən yüzdən çox atlet qüvvəsini sınayıb.

Turnirin məqsədi regionlarda atletlərin hazırlıq vəziyyətinin yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletikanın kütləviliyinin artırılması, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin təkmilləşdirilməsidir.

Şəxsi xarakter daşıyan yarışda texniki cəhətdən hazırlıqlı olan 12 yaşdan yuxarı atletlər iştirak edə bilərlər. Mərhələ yarışlarında 2001-2007-ci il təvəllüdlü və daha yuxarı yaşlı kişi və qadın atletlər müvafiq yaş qruplarında mübarizə aparırlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.

Mərhələ yarışları ildə dörd dəfə keçirilir.

Xəbər 1057 dəfə oxundu.