Hacımurad Hacıyev: “Mənim üçün böyük nəticədir”
"İkinci Avropa oyunlarında Azərbaycan komandasında medal qazandığım üçün sevincliyəm". Bu sözləri güləşçimiz Hacımurad Hacıyev “İdman” qəzetinin əməkdaşına deyib.

"Mənim üçün böyük nəticədir. Birinci növbədə Azərbaycan federasiya rəhbərliyinə, bütün müəllimlərimə, mənə görə həyəcan keçirən izləyicilərimə, mənə inandıqları və əmanət edib, imkan yaratdıqları üçün dərin təşşəkürümü bildirirəm.

Bundan sonra çalışacam ki, qarşıdakı yarışlarda daha yaxşı nəticə əldə edim".

Xəbər 1328 dəfə oxundu.