Avropa Oyunları: 6-cı gün: Medal və medala doğru YENİLƏNİB
Güləş 12:20.

1/8 final. Hacı Əliyev (65 kq). Valodya Franqulyan (Ermənistan)

13:20. 1/8 final. Nurməhəmməd Hacıyev (97 kq). Radoslav Baran (Polşa)

14:10. 1/8 final. İrina Netreba (68 kq). Yyenni Franson (İsveç)

12:10 74 kq. Təsəlliverici görüş. 3-cü yer urunda mübarizəyə qoşulmaq üçün Hacımurad Hacıyev yunanıstanlı Kirillos Binenmpaouma qalib gəlməlidir. Qalibi həlledici görüşdə ukraynalı Vasıl Mıxaylov gözləyir.

20:30. 86 kq-da Aleksandr Qostiyevin 3-cü yer uğrunda rəqibi Nazim Əmin Maylzla Zbiqnev Baranovski cütünün qalibi olacaq.

21:30. 125 kq-da Cəmaləddin Məhəmmədovun 3-cü yer uğrunda rəqibi fin Yero Heyno ilə rumıniyalı Rares Çintoan arasında güləşin qalibi olacaq.

19:50. 57 kq. Final. Mahir Əmiraslanov serbiyalı Stevan Miçiçə qarşı


***

1/8 finalda Hacı Əliyev (65 kq) rəqibi Valodya Franqulyan (Ermənistan) qazandığı 6 xalla qalib gəlib və rəqibinə xal verməyib. Onun1/4 finalda rəqibi bolqarıstanlı Gerorgi Kolyev olacaq.

***

65 kq çəki dərəcəsində idmançımız rəqibinə qalib gələrək 1/2 finala çıxıb. O, ilk hissədə 2:5 uduzsa da, ikincidə 5:0, vəmdə 7:5 hesabı ilə qalib gəlib. Onun yarımfinalda rəqibi ukraynalı Hor Ohannesyandır.


***


Güləşçimiz yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı məğlubiyyətə uğradıb. Görüş 4:4 hesablı heç-heçə ilə tamamlasa da, qələbə qarşılaşmada daha fəal olan Azərbaycan təmsilçisinə verilib.



____________________________________________________________________________________________________

74 kq. Təsəlliverici görüş. 3-cü yer uğrunda mübarizədə Hacımurad Hacıyev yunanıstanlı rəqibinə böyük üstünlüklə 6:3 hesabı ilə qalib gəlib.
Onun həlledici görüşdə rəqibi ukraynalı Vasıl Mixaylov olacaq.


_____________________________________________________________________________________________________

57 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

_____________________________________________________________________________________________________


Nurməhəmməd Hacıyev (97 kq) Polşa güləşçisi Radoslav Barana 8:0 hesabı ilə qalib gəlib. Onun növbəti rəqibi Elizbar Odikadze olacaq.

***

1/4 finalda Gürcüstan təmsilçisi Elizbar Odikadze üzərində 7:3 hesablı qələbə qazanan idmançımız, yarımfinala adlayıb. Onun növbəti rəqibi Ukrayna güləşçisi Murazi Mçedlidze olacaq.

__________________________________________________________________________________________________

125 kiloqram çəki dərəcəsində yer alan idmançımız Cəmaləddin Məhəmmədov üçüncü yer uğrunda görüşdə rumıniyalı Rares Kintoana qalib gəlib - 12:2.


Xəbər 1311 dəfə oxundu.