Avropa Oyunları: 5-ci gün: cüdoçularımız qarışıq komanda yarışında mübarizəni dayandırıblar YENİLƏNİB
Minskdə ikinci Avropa Oyunlarında cüdoçuların mübarizəsi qarışıq yarışlarla başa çatır. Azərbaycan komandası 1/8 final rəqabətində Fransa ilə qarşılaşacaq.

Daha sonra komanda qalib gələrsə, Portuqaliya – İspaniya cütlüyünün qabili ilə üz-üzə olacaq.


***

1/8 finalda cüdoçularımız fransa yığmasına, Larisa Florian (57 kq) Prisila Qnetoya, Nuriyə Axundova (70 kq) Eve Qahi-Mariyə, Rüstəm Orucov (73 kq) Jilyom Çeynə, Uşangi Kokauri (+90 kq) isə Ciril Mareyə uduzublar.

Qeyd edək ki, cüdoçularımız “Minsk 2019”da fərdi yarışlarda beş medal qazanıblar. Medalların biri gümüş, dördü isə bürüncdür.


Xəbər 986 dəfə oxundu.