Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb

Azərbaycan Milli Olimpiya komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ikinci Avropa Oyunlarının akrobatik gimnastika üzrə yarışlarının mükafatçıları Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən azsport.az saytına verilən məlumata görə MOK-un vitse-prezidenti idmançıları şəxsən təbrik edib.

Qeyd edək ki, “Minsk 2019”da Azərbaycan komandasının aktivinə ilk medalı məhz Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi yazdırıblar. Gimnastlarımız dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayaraq gümüş, balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında 28,160 xalla bürünc, qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında isə 29,540 xalla gümüş medala sahib olubar.

Xəbər 1406 dəfə oxundu.