FIDE-nin təşkilatçılığı ilə Bakıda hakimlər üçün seminar keçirilir
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə Bakıda hakimlər üçün seminar keçirilir.

Seminarın açılış mərasimində çıxış edən FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov şahmatın dünyada ən populyar idman növlərindən biri olduğunu qeyd edib. Şahmatın inkişafı istiqamətində görülən işlərdən danışan vitse-prezident hakimlərə uğurlar arzulayıb.

Dörd ölkədən 50-dən çox hakimin iştirak etdiyi seminarda yeniliklər barədə məlumatlar veriləcək, superturnirlər, dünya, Avropa çempionatları, o cümlədən Ümumdünya Şahmat Olimpiadasında ədalət təmsilçilərinin vəzifəsindən danışılacaq. Seminarı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, bir çox mötəbər çempionatda, Ümumdünya Şahmat Olimpiadasında baş hakim olan Faiq Həsənov, eləcə də kanadalı beynəlxalq dərəcəli hakim Vadim Çıpin aparırlar.

Xəbər 766 dəfə oxundu.