Heydər Əliyev adına Müasir Təhsil Kompleksində qılıncoynatma turniri keçirilib
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 13 nömrəli İOEUGİM və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə uşaq şpaqaçılar arasında açıq turnir keçirilib.

Turnirin açılışında təhsil kompleksinin və idman məktəbinin rəhbər şəxsləri, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidentinin məsləhətçisi Yaşar Məmmədov çıxış edərək yarış iştirakçılarına uğurlar arzu ediblər.

Yarışlarda oğlan şpaqaçılardan Mirxətai Məmmədov, qız şpaqaçılardan isə Lalə Hümbətzadə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Turnirin qalib və mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 792 dəfə oxundu.