Avropa Oyunları: 4-cü gün: Cüdoçuların 3 bürünc medalı - YENİLƏNİB
Minskdə ikinci Avropa Oyunlarının 4-cü günündə cüdoçularımızdan 5 pəhləvan tatami üzərinə çıxacaq. Onlardan ikisi eyni çəkidə mübarizə aparacaqlar. İkisi 1/8, qalanları 1/16 finaldan yarışda olacaqlar.


+100 kq. 1/8 final. Uşangi Kokauri – Vinçenso D`Arko (İtaliya) / Vito Dragiç (Sloveniya) 100 kq.

100 kq. 1/16 final. Elmar Qasımov – Anton Savitski (Ukrayna) 100 kq.

90 kq. 1/16 final. Zelim Kotsiyev – Boyan Dosen (Serbiya) 90 kq.

1/16 final. Məmmədəli Mehdiyev – Yahor Varapayev (Belarus) / Peter Jılka (Slovakiya) +78 kq.

78 kq. 1/8 final. İrina Kindzerska – Səbilə Ağbulud (Türkiyə) / Yasmin Kuelbs (Almaniya)


___________________________________________________________________________________________________


+100 kq çəki dərəcəsində Uşangi Kokauri ilk görüş 28-c dəqiqəsində rəqibi italiyalı Vinçenso D`Arkonu ipponla məğlub edib. Növbəti görüşdə rəqibi niderlandlı Roy Meyer olacaq.

***

1/4 finalda +100 kq dərəcəsində Uşangi Kokauri hollandiyalı Roy Meyeri də məğlub edib, yarımfinala vəsiqə qazanıb. Onun növbəti rəqibi rusiyalı İnal Tasoyev olacaq.

***

1/2 finalda +100 kq dərəcəsində Uşangi Kokauri rəqibi rusiyalı İnal Tasoyevə ipponla uduzub.

***

+100 dərəcəsində Uşangi Kokauri 3-cü yer uğrunda görüşdə avsraliyalı rəqibi Ştefan Hegyiyə iki vazari fəndi ilə məğlub olub.


___________________________________________________________________________________________________


1/16 finalda 100 kq çəki dərəcəsində Elmar Qasımov ukraynalı rəqibi Anton Savitskini görüşün 4-cü dəqiqəsində ipponla udub.

***

Elmar Qasımov (100 kq) 1/8 finalda estoniyalı Qriqori Minaskini görüşün 3-cü dəqiqəsində ipponla məğlub edib. 1/4 finalda onun rəqibi fransalı Siril Maredir.

***

4/1 finalda idmançımız fransalı Siril Mareyə məğlub olub. E.Qasımovun təsəlliverici görüşdə rəqibi monteneqrolu Danilo Pantiçi olacaq.

***

100 kq dərəcəsində Elmar Qasımov təsəlliverici görüşdə monteneqrolu rəqibini mübarizədən kənarlaşdırıb. İdmançımız üçüncü yer uğrunda qarşılaşmada Belarus təmsilçisi Daniel Mukete ilə üz-üzə gələcək.

***

Elmar Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriçə 37-ci saniyə və 4-cü dəqiqədə iki vazari fəndi ilə qalib gəlib və bürünc medal qazanıb.

___________________________________________________________________________________________________


90 kq çəki dərəcəsində Zelim Kotsiyev 1/16 finalda serbiyalı rəqibi Boyan Dosenə 4-cü dəqiqəyə qədər, 4 saniyə ərzində 2 vazari fəndi işlədərək qalib gəlib. Onun 1/8 finalda rəqibi belçikalı Toma Nikiforov olacaq.

***

100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelin Kotsoyev 8/1 finalda Belçika təmsilçisi Toma Nikiforova uduzaraq mübarizəni dayandırıb.


___________________________________________________________________________________________________


1/16 finalda Məmmədəli Mehdiyev (+78 kq) rəqibi belaruslu Yahor Varapayevə qalib gəlib. Rəqib 3 sido ilə cərimə limitinə düşüb. Mehdiyevin 8/1 finalda rəqibi Orelyan Disse olacaq.

***

Məmmədəli Mehdiyev (90 kq) də 8/1 finalda rəqibi Orelyan Disseni məğlub edib. Onun 4/1 finalda rəqibi türkiyəli Mikail Özerlər olacaq.

***

90 kq dərəcəsində idmançımız 4/1 finalda türkiyəli Mikail Özerlərə uduzub. Məmmədəli Mehdiyev təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklaus ilə qarşılaşacaq.

***

Məmmədəli Mehdiyev (90 kq) təsəlliverici görüşdə isveçrəli Ciril Qrossklaus ilə qarşılaşmada 15 saniyəyə iki vazari qiymətli fəndlə qalib gələrək 3-cü yer uğrunda mübarizəyə vəsiqə alıb.

***

Həlledici görüşündə o, 3 dəfə sido cəriməsi ilə cəzalandırılan niderlandlı Noel Van`t Endə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

___________________________________________________________________________________________________

+78 kq çəki dərəcəsində İrina Kindzerska 1/8 finalda almaniyalı Yasmin Kuelbsi məğlub edib. Onun növbəti rəqibi britaniyalı Sara Adlinqtonudur.


***

1/4 finalda İrina Kindzerska (+78 kq) britaniyalı Sara Adlinqtonu ipponla məğlub edərək yarımfinala adlayıb. Onun növbəti rəqibi Marina Slutskaya (Belarus) olacaq.

***


İrina Kindzerska (+78 kq) yarımfinalda Belarus kimono ustası Marına Slutskayaya vazari xalı verən fəndlə uduzub.

***

3-cü yer uğrunda rəqabətdə əvvəlcə rəqib, sonra Kindzerska vazari fəndini işlədiblər. Sonra iki sido cəriməsi alan rəqib "Qızıl xal" tutaşmasında 3-cü sido ilə məğlub elan edilib və Kindzerska yarışı bürünc medalla başa vurub.



Xəbər 835 dəfə oxundu.