Hidayət Heydərov: "Həmin anı dəyərləndirdim" - MÜSAHİBƏ

"Mən bu anı gözləmirdim. Mənim fəndim deyildi. Həmin anı tutdum və dəyərləndirdim". Bu sözləri ikinci Avropa Oyunlarında bürünc medal qazanan cüdoçumuz Hidayət Heydərov azsport.az saytına müsahibəsində deyib.


- Cüdodan ilk medalımızı qazandın. Gözləmədiyimiz anda, rahatlıqla qələbə qazandın. Özün belə olacağını gözləyirdin?

- Özüm də gözləmirdim. Rəqibim Olimpiya çempionu idi. Qalib gəldiyim üçün çox sevinirəm. Onsuz da Rüstəmlə də qarşılaşsaydıq ikimizdən biri finala keçəcəkdi. Ən azından bir-birimizlə qarşılaşmadıq.

- İppona şansını rəqib özü sənə verdi, yoxsa sən anı tutdun?

- Mən bu anı gözləmirdim. Mənim fəndim deyildi. Həmin anı tutdum və dəyərləndirdim.

- Sən tatamiyə çıxanda artıq beynində bir fikir var idi?

- Beynimdə ancaq qalib gəlmək idi. Rahatlıqla udmağı gözləmirdim. Çətin oldu.

Xəbər 692 dəfə oxundu.