Avropa Oyunları: Rüfət 1/4 finalda YENİLƏNİB
“Minsk-2019” ikinci Avropa Oyunlarının üçüncü günündə Boksçulardan Oyunların rinqinə ilk dəfə çıxanlar da, artıq ikinci döyüşünü keçirənlər də olacaq.

49 kq çəki dərəcəsində Rüfət Hüseynov israilli David Alaverdianla 1/8 final görüşündə üz-üzə gələcək.

***

64 kq-da Bəxtiyar Qazıbəyov niderlandlı Enriko Lakruzla 1/16 finalda qüvvəsini sınayacaq.

***

64 kq çəki dərəcəsində Bəxtiyar Qazıbəyov niderlandlı Enriko Lakruzla məğlub olub.

***

75 kq-da Kamran Şahsuvarlı 1/16 finalda irlandiyalı Martin Nevinlə döyüşəcək.

***

75 kq çəki dərəcəsində Kamran Şahsuvarlı 1/16 finalda irlandiyalı rəqibinə məğlub olub.

***

49 kq çəki dərəcəsində Rüfət Hüseynov israilli David Alaverdianla 1/8 final görüşündə üz-üzə gəlib. Dəri əlcək ustamız rəqibinə heç bir raundda, xüsusən də qalib gəldiyi aşkar olan sonuncu hissədə şans verməyərək, qələbə qazanıb və 1/4 finala çıxıb. Onun rəqibi iyunun 25-də italiyalı Federiko Serra olacaq.

Xəbər 909 dəfə oxundu.