Hidayət Heydərov bürünc medal, Rüstəm Orucov gümüş medal qazandı YENİLƏNİB
Cüdoçuların estafetini 73 kq çəki dərəcəsində bayraqdar Rüstəm Orucov alaraq, mübarizəyə 1/16 finalda monakolu Sedrik Bessi ilə başlayıb. Görüş elə birinci dəqiqədə başa çatıb. 57-ci saniyədə Rüstəm rəqibini ippon fəndi ilə məğlub edib və 1/8 finala adlayıb.

***

Rüstəm 1/8 final mübarizəsində italiyalı Fabio Bazileyə qalib gəlib. Görüşün lap əvvəlində rəqib vazari fəndi ilə üstünlük qazansa da, idmançımız qüvvəsini toaplayıb, 4-cü dəqiqənin yarısında ippon fəndi ilə effektli qələbə əldə edib.
Rüstəm Orucovun 1/4 rəqibi ermənistanlı Ferdinand Karapetyan olacaq.

***

Rüstəm Orucoun 1/4 finalda rəqibi ermənistanlı Ferdinand Karapetyanla mübarizəyə ciddi yanaşaraq, ustalığı və taktiki mübarizəsi ilə rəqibindən üstün olduğunu nümayiş etdirib. İdmançımız 4-cü dəqiqədə vazari xalı ilə qiymətləndirilən fəndlə qalib gələrək yarımfinala çıxıb. Onun rəqibi Hidayətə qalib gəlmiş yunanıstanlı Georgios Azoidisdir.

***


73 kq çəki dərəcəsində Rüstəm Orucov yunanıstanlı Georgios Azoidisə 2-ci dəqiqənin başa çatmasına 10 saniyə qalmış ippon qiymətli fənd işlədərək, finala çıxıb. Bu isə komandamızın daha bir medal əldə edəcəyi deməkdir. Rüstəmin finaldakı rəqibi isveçli Tommi Masiasdır.

***

73 kq çəki dərəcəsində Rüstəm Orucov gərgin rəqabətdə İsveçli rəqibinə uduzub. Hər rəqib bir vazari xalı qazanıb. Rəqib 4-cü dəqiqədə ipponla qalib gəlib.
____________________________________________________________________________________________

Həmin çəki dərəcəsində Hidayət Heydərov isə macar Mikloş Unqvari ilə çətin sınağa çıxıb. Kimono ustamız rəqibindən xeyli üstün forma nümayiş etdirib. Rəqib görüş ərzində iki sido cəriməsi alıb. 4-cü dəqiqədə isə Hidayət rəqibini vazari fəndinə salaraq, qələbəyə qədər fürsəti əldən verməyib. Onun 1/8 finalda rəqibi israilli Din Gener olacaq.


***

1/8 finalda Hidayət Heydərov israilli Din Generlə görüşü tam üstün olub. Rəqib ehtiyatlı olsa da, idmançımız fürsəti əldən verməyib. 4-cü dəqiqə ərhində o, əvvəlcə vazari, 10 saniyə sonra isə ipponla rəqibini məğlub edərək 1/4 finala çıxıb. Hidayət Heydərovun 1/4 finalda rəqibi yunanıstanlı Georgies Azoidisdir.

***

Hidayət Heydərovun 1/4 finalda rəqibi yunanıstanlı Georgios Azoidislə görüşün 50-ci saniyəsində ippon fəndinə düşərək, məğlub olub. İndi o, bürünc medal əldə etmək üçün təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Onun rəqibi Rüstəmə uduzmuş ermənistanlı Ferdinand Karapetyandır.

***

Hidayət Heydərov ermənistanlı Ferdinand Karapetyanla rəqabətdə taktiki mübarizəni düzgün quraraq, rəqibi daha çox səhv etməyə, ehtiyatlanmağa vadar etdi. Hər şey rəqibin qızıl xal uğrunda mübarizəsində sido cəriməsi ilə həll olundu. Hidayət bürünc medal uğrunda yarışacaq. Hidayətin bürünc medal qarşılaşmasında rəqibi gürcüstanlı Laşa Şavdatuaşvilidir.

***

73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.

_____________________________________________________________________________________________

Qadınlardan 63 kq-da isə Nuriyyə Axundova 1/16 finalda rumın Dobre Stefania Adelina ilə tatami üzərinə çıxıb. Gərgin rəqabətin taleyini sido cərimələri müəyyən edib. 2 dəqiqə ərzində idmançımıza 3 belə cərimə verilib. Yekun hesabda 1/8 finala rumın idmançı çıxıb.

Xəbər 817 dəfə oxundu.