Günün üçüncü medalını da samboçu qazandı
İkinci Avropa Oyunlarının mübarizə meydanlarında medalların bölüşdürüldüyü ilk günü ölkəmizin idmançıları üçüncü medal sevincini yaşadıblar. Bu medalı da samboçuumuz qazandırıb. Komandamızın liderlərindən biri olan Emil Həsənov 68 kq çəki dərəcəsində 3-cü yer uğrunda görüşdə bolqar Martin İvanovu məğlub edib.

Qeyd edək ki, idmançımız mübarizəyə rumın Laslo Jolt Joke ilə tutaşmada effektli qələbə ilə başlamışdı. Görüş boyu üstünlüyünü artıran pəhləvanımız 6:3 hesabı ilə qalib gəlmişdi.

Yarımfinalda Emil güclü gürcü rəqibi Mindia Liluaşvili ilə bərabər və gərgin rəqabətdə məğlub olaraq, yalnız 3-cü yer uğrunda mübarizəyə şansı qaldı və o, bu fürsəti əldən vermədi.

Yarışın ilk günü ölkəmiz 1 gümüş və 2 bürünc medal qazanıb.

Yarışlar davam edir.

Xəbər 709 dəfə oxundu.