Azərbaycanın ilk medalını akrobatlar qazandı
İyunun 22-də - Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə gimnastika yarışları davam edir.

İkinci Avropa oyunlarında Azərbaycanın medal hesabı açılıb. Akrobatların çıxışında dinamik hərəkətlər üzrə qarışıq cütlərin yarışında ölkəmizi təmsil edən Abdulla Əl Məşayxi və Ruhidil Qurbanlı cütlüyü mübarizəyə sonuncu qoşularaq, ən maraqlı və fəal çıxışlardan birini nümayiş etdiriblər. Hakimlərdən 28.830 bal alan idmançılarımız yalnız rusiyalı cütlüyü 0,2 xal irəli buraxaraq, Oyunları bu proqram üzrə ikinci yerdə başa vurublar.

Qeyd edək ki, cütlüyümüzün çıxışı mürəkkəbliyinə görə digər rəqiblərdən xeyli fərqlənirdi.

Xəbər 879 dəfə oxundu.