Avropa Oyunları. 2-ci gün: Kamran, Sotomayor, Cavid və Dominges növbəti mərhələyə vəsiqə qazanıb YENİLƏNİB
Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarının ikinci günündə boks yarışları başlayıb.

***

Lorenso Sotomayor 64 kq çəki dərəcəsinin 1/16 finalında ermənistanlı Qurgen Madoyanla qarşılaşıb. Təmsilçimiz bütün raundlarda rəqibindən üstün olub və hakimlərin yekdil rəyi ilə qalib elan edilib.

***

75 kq çəki dərəcəsinin 1/16 finalında Kamran Şahsuvarlının rəqibi gürcüstanlı Giorgi Xarabadzedir.

***

60 kq çəki dərəcəsində Cavid Çələbiyev 1/16 finalda Boşnak Nikola İvkoiçlə üz-üzə gələcək.

***

81 kq çəkidə Alfonso Loren Dominges 1/16 finalda ukraynalı Hrekul Stepanla döyüşəcək. Sotomayor 69 kq-dır.

***

75 kq çəki dərəcəsinin 1/16 finalında Kamran Şahsuvarlının rəqibi gürcüstanlı Giorgi Xarabadze olub. İdmançımız ilk iki raundda rəqibindən üstün olaraq, üçüncüdə taktiki döyüşə keçərək, yekunda 4:1 hesabı ilə inamlı qələbə qazanıb və 1/8 finala vəsiqə qazanıb. İyunun 23-də keçiriləcək 1/8 finalda onun rəqibi irlandiyalı Martin Nevin olacaq.

***

Cabid Çələbiyev (60 kq) hər 3 raundda rəqibindən tam üstünlük nümayiş etdirərək, inamlı qələbə ilə 1/8 finala çıxıb. 1/8 finalda onun rəqibi moldovalı Dorin Buksa olacaq. Görüş iyunun 25-də keçiriləcək.

***

81 kq çəkidə Alfonso Loren Dominges 1/16 finalda ukraynalı Hrekul Stepanla 3 raundda tam üstünlüklə qalib gəlib. 1/8 finalda onun rəqibi moldovalı Dorin Buksa olacaq. Görüş iyunun 25-də keçiriləcək.



Xəbər 1035 dəfə oxundu.