Minskdə Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirildi | |
22 iyun 2019 22 iyun 2019-cu il tarixində Belarusun Minsk şəhərində Avropa Olimpiya Komitələrinin fövqəladə Baş Assambleyası keçirildi. Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Avropa Olimpiya Komitələrinin icraiyyə komitəsinin üzvü Çingiz Hüseynzadə təmsil etmişdir. İclasda müzakirə olunan əsas məsələ 3-cü Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi olmuşdur. Baş Assambleya Polşanın Krakov şəhəri tərəfindən təqdim olunan ev sahibliyi ərizəsini müzakirə etdikdən sonra 3-cü Avropa Oyunları 2023-cü ildə Krakov şəhərində keçirilməsi qərarını təsdiqlənmişdir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi 22 iyun 2019-cu il |
|
Xəbər 1266 dəfə oxundu. |
|
|