Avropa Oyunları. 2-ci gün: samboçular günü iki medalla başa vurdular YENİLƏNİB
İyunun 22-də Minskdə keçirilən ikinci Avropa Oyunlarının ikinci günündə sambo yarışı başlayıb. Samboçularımız dörddəbir finalda yarışacaqlar. Mehman Xəlilov (57 kq) belaruslu Burds Vladislav, Emil Həsənov (68 kq) rumıniyalı Soke Laslo-Jolt, Ceyhun Hüseynov (82 kq) Gürcüstan təmsilçisi Berulava Besarioni, Gözəl Zutova (72 kq) isə fransalı Laroz Kami ilə qarşılaşacaqlar.

***

Təsəlliverici görüşdə Ceyhun Hüseynov (82 kq) italiyalı Mikeli Alessio ilə tutaşıb. Maraqlı və taktik mübarizədə keçən görüşdə hər tərəf yekunda bir uğurlu fəndlə eyni xal toplayıb. Texniki təsnifat xalı hesabına rəqib idmançı bürünc medal uğrunda əsas yarışa vəsiqə qazanıb.

Görüşün ilk anlarında Emil Həsənov (68 kq) Lasla Jolt Joke ilə tutaşmada 1:0 hesabda önə çıxıb və fasiləyə 4:2 hesabı ilə qalib yollanıb.

***

Yekun nəticələrə görə, həmyerlimiz (68 kq) rəqibinə 6:3 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

***

Emil Həsənov (68 kq) 1/2 finalda gürcüstanlı rəqibi Mindua Liluaşvili ilə qarşılaşacaq.

***

Ceyhun Hüseynov (82 kq) gürcü rəqibinə uduzub.

***

Gözəl Zutova rəqibi ilə bərabər şəraitdə mübarizə aparıb və görüş heç-heçə başa çatıb. Lakin fəndlərin texniki üstünlüyünə görə rəqib 1/2 finala çıxıb.

***

Yarımfinalda Emil güclü gürcü rəqibi Mindia liluaşvili ilə bərabər və gərgin rəqabətdə mübarizə aparıb. Lakin rəqibin 4 xallıq fəndi ona yekun qələbəni gətirib – 4:3.
İdmançımız bürünc medal uğrunda bolqar Martin İvanovla makedoniyalı Dalibor Boqdanovun arasında təsəlliverici görüşün qalibi ilə mübarizə aparacaq.

***

Təsəlliverici qarşılaşmada Gözəl Zutova (72 кг) rumıniyalı Lorena-Aleksandra Podelenski ilə üz-üzə olub və rəqib idmançı bürünc medal görüşünə vəsiqə əldə edib.

***

Mehman Xəlilov (57 kq) 3-cü yer uğrunda döyüşdə Ermənistanı təmil edən Maksim Manukyan üzərində 9:1 hesablı parlaq qələbə qazanıb və medal daxılımıza daha bir medalı bürünc əyarla əlavə edib.

***

Emil Həsənov 68 kq çəki dərəcsində 3-cü yer uğrunda görüşdə bolqar Martin İvanovu məğlub edib və bürünc medala sahib çıxıb.

Xəbər 891 dəfə oxundu.