İkinci Avropa Oyunlarında boksçu Tayfur Əliyev 1/8 finala yüksəlib YENİLƏNİB
Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarının boks yarışları başlayıb.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Gənclər və İdman naziri Azad Rəhimov və nümayəndə heyətimizin üzvləri Tayfur Əliyevin qarşılaşmasına baxıblar.

Kişilər arasında onaltıdabir final yarışlarında 56 kq çəki dərəcəsində Tayfur Əliyev bolqarıstanlı Boyan Asenova gərgin rəqabətdə 3:2 hesabı ilə qalib gələrək, 1/8 finala çıxıb.
1/8 finalda Tayfur Əliyevin rəqibi ukraynalı Mikola Butsenko olacaq. Həmin qarşılaşma iyunun 24-də keçiriləcək.

***

1/16 final yarışında, 91 kq çəki dərəcəsində Rahil Məmmədli bolqarıstanlı Radoslav Pantaleyevə məğlub olaraq mübarizəni dayandırıb.

***

16/1 final yarışında, 91 kq çəki dərəcəsində Məhəmməd Abdullayev bolqarıstanlı rəqibi Petar Belberovla döyüşdə 1:4 hesabı ilə uduzaraq, növbəti mərhələyə çıxa bilməyib.


Xəbər 784 dəfə oxundu.