Bu gün Formula 1 üzrə Fransa Qran-Prisi start götürür
İyunun 21-də Formula 1 üzrə Fransa Qran-Prisinə start veriləcək.

Mövsümün səkkizinci yarışı 5,842 kilometrlik “Pol Rikar” trasında baş tutacaq. İyunun 21-22-də sərbəst yürüşlər, bazar günü – iyunun 23-də isə təsnifat yarışları və əsas yürüş keçiriləcək.

Qeyd edək ki, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton yeddinci mərhələnin - Kanada Qran-Prisinin qalibi olub. Yeddi mərhələnin nəticəsinə görə o, 162 xalla şəxsi hesabda liderliyini möhkəmləndirib. İkinci yerdə onun komanda yoldaşı Valtteri Bottas (132), üçüncü yerdə “Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel (100) qərarlaşıblar.

Bu il aprelin 26-28-də Bakıda keçirilmiş Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas olub. O, 51 dövrəni hamıdan tez – 1 saat 31 dəqiqə 52,942 saniyəyə başa vurub.

Xəbər 816 dəfə oxundu.