İkinci Avropa Oyunlarının kamandan oxatma yarışında Ozay Qasımova reytinq mərhələsində qüvvəsini sınayır YENİLƏNİB
İyunun 21-də Belarusun paytaxtı Minskdə start götürən ikinci Avropa Oyunlarının birinci günündə kamandan oxatma yarışları da başlayıb.

Yeddi növ üzrə təsnifat mərhələlərinin keçiriləcəyi yarışda Azərbaycan bir idmançı ilə təmsil olunur. Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında otuzikidəbir finala vəsiqə uğrunda reytinq qarşılaşmasında gücünü sınayacaq.

***
Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında, reytinq raundunda birinci mərhələdə 289 xal toplayıb.

***

Həmyerlimiz qadınların klassik kamandan oxatma yarışında, reytinq raundunda iki mərhələnin cəminə görə 540 xal toplayıb.


Yarış davam edir.

Xəbər 814 dəfə oxundu.