Avropa Olimpiya Komitəsi komissiyasının başçısı əmindir ki, II Avropa Oyunları yüksək səviyyədə keçiriləcək
Minskdə Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Bunu Avropa Olimpiya Komitəsinin II Avropa Oyunları üzrə əlaqələndirmə komissiyasının sədri Spiros Kapralos iyunun 20-də jurnalistlərə bildirib.

O deyib: “Keçirilmə səviyyəsi çox yüksək olacaq. Yarışların favoritləri olan idmançılar mənə zəng vurub standartların yüksək və rəqabətin yaxşı səviyyədə olacağını bildirirlər. Əlamətdar haldır ki, u yarışlar Olimpiya oyunlarından bir il əvvəl keçirilir. Bu Oyunlarda Olimpiya lisenziyaları oynanılacaq. İdmançıların çoxu hazırda Minskdə olduqlarına görə sevinirlər. Kvotalar yarışlara qatılmaq əzmini artırır. Onların Tokio Olimpiadasına hazırlaşmaq imkanı var. Belarus mühüm tədbirlər çox keçirib, lakin Avropa Oyunları yeni imkanlar açır. Burada idman və gənclər irsi üçün çox işlər görülüb”.

Yarışlar zamanı III Avropa Oyunlarının paytaxtı seçkilərinin keçiriləcəyini vurğulayan S. Kapralos deyib: “Avropa Oyunlarının gələcəyinə şübhə yanaşanlar olub. Lakin mən əminəm ki, bu Oyunlar bundan sonra da keçiriləcək”.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Bu Oyunlarda 50-dən çox ölkənin təmsilçiləri idmanın 15 növündə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. İdmanın 8 növündə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışları hesab ediləcək.

AZƏRTAC

Xəbər 687 dəfə oxundu.