Ustad ağır atletlərimiz Avropa çempionatında iki gümüş medala sahib olublar
Finlandiyanın Rovaniemi şəhərində ustad ağır atletlər arasında Avropa çempionatı keçirilib.

30-dan çox ölkədən 500-ə yaxın atletin qatıldığı yarışda Azərbaycan təmsilçiləri də körpücük üzərinə çıxıblar.

Çempionatda kişi ustad ağır atletlərimizdən Akif Alıyev M-60 (60-64 yaşadək) qrupunda 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 124 kiloqram (58+66) nəticə ilə Avropa çempionatının gümüş medalına sahib olub.

M-70 (70-74-yaşadək) qrupunda 96 kiloqram çəki dərəcəsində isə Vladimir Jilyayev mübarizə aparıb. Təmsilçimiz toplam 163 kiloqram (72+91) nəticə ilə Avropa çempionatında ikinci yeri tutub.

AZƏRTAC

Xəbər 1058 dəfə oxundu.