Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yaranmasının ildönümü qeyd olunub
İyunun 19-da Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının yaranmasının bir illiyi qeyd olunub.

Bu münasibətlə təşkil olunan tədbirdə ötən bir il ərzində görülən işlər və qazanılan uğurların hesabatı verilib.

Sonra federasiyaya yeni təyin edilib kadrların vəsiqələri təqdim olunub. Belə ki, ümumi işlər üzrə vitse-prezident postuna Mahmud Mehtioglu, təşkilat komitəsinin sədri vəzifəsinə Əlfi Məmmədov, böyüklər üzrə baş məşqçi vəzifəsinə Urxan Orucov təyin ediliblər. Bundan əlavə, federasiyanın tərkibində yeni yaradılmış klubun lisenziyası baş məşqçisi Şahin Mustafayevə təqdim olunub.

Xəbər 803 dəfə oxundu.