“Səbail” futbol klubu müdafiəçi Maudo Jarjue ilə yollarını ayırıb
“Səbail” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək klub müdafiəçi Maudo Jarjue ilə vidalaşıb.

M.Jarjue 2017-ci ildən “Səbail” klubunun formasını geyinib. O, paytaxt təmsilçisinin heyətində 50 oyunda meydana əsas heyətdə çıxıb.

“Səbail” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Rumıniyanın “Kraivo” komandası ilə üz-üzə gələcək. İlk oyun iyulun 11-də Bakıda, cavab görüşü iyulun 18-də Krayovada keçiriləcək.

Xəbər 797 dəfə oxundu.