Azərbaycandan 3 futbolçu çağrıldı
Albaniya millisinin oynayacağı daha bir məkanı bəlli olub. İdman.com.az saytının məlumatına görə, şərqi avropalılar İranla Türkiyədə qarşılaşacaqlar.

Matç mayın 27-də İstanbulda baş tutacaq. Bu isə o deməkdir ki, çempionatımızda çıxış edən legionerlər Türkiyənin ən böyük şəhərində oynamaq imkanı qazanacaqlar.

Belə ki, “Qarabağ”ın futbolçuları Ansi Aqolli və Admir Teli, AzAL-ın üzvü Ervin Bullku son vaxtlar daim yığmaya çağırılır.
Albaniya yığması mayın 22-də Qətərlə İspaniya paytaxtı Madriddə üz-üzə gələcək.

Xəbər 896 dəfə oxundu.