Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edirlər
Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Çində təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, məşqçilər Ramil Cəfərovun və Elnur Hidayətzadənin rəhbərliyi ilə keçirilən hazırlıq prosesi iyunun 22-dək davam edəcək.

Təlim-məşq toplanışı Çində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır. Stolüstü tennisçilərimiz iyunun 24-27-də Çin Xalq Respublikasının Hebei vilayətində təşkil olunacaq beynəlxalq turnirdə güclərini sınayacaqlar.


Xəbər 507 dəfə oxundu.