“Səbail”in Bolqarıstandakı rəqibləri müəyyənləşib
İyunun 6-dan Bakıda təlim-məşq toplanışında olan "Səbail" hazırlığın ikinci mərhələsi üçün Bolqarıstana yollanıb.

İlk olaraq ayın 21-də Plovdiv "Lokomotiv"i ilə üz-üzə gələcək təmsilçimiz 4 gün sonra "Beroe" sınağına çıxacaq. Aftandil Hacıyev ayın 28-də Rumıniya "Klinçeni"si önündə yetirmələrini yoxlayacaq. Komanda son sınaq matçını iyulun 1-də "FK Makedoniya"ya qarşı keçirəcək.

Qeyd edək ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək "Səbail" iyulun 2-dək Bolqarıstanda toplanış keçəcək.

Xəbər 832 dəfə oxundu.