Abramoviç Luis üçün 30 milyon istəyir
İngilis mətbuatının yazdığına görə, «Barselona»nın müdafiəsini yeni mövsümdə gücləndirməyə əsas namizədlərdən biri «Çelsi»nin futbolçusu David Luisdir. İdman.com.az saytının məlumatınat görə, 25 yaşlı futbolçu yeni mövsümdən katalan klubunun sükanına keçəcək Tito Vilanovanın xoşuna gəlir.

«Barselona»nın sahibləri mərkəz müdafiəçisi axtarışındadı. «Daily Mirror» bildirir ki, bu mövqeyə də ən çox şansı olan məhz adı çəkilən braziliyalıdır. «Benfika»nın keçmiş müdafiəçisi «Çelsi»in əsas heyətində daimi yeri ilə öyünə bilmir. Bu da «Barselona» nümayəndələrinin karına gələ bilər. Luisi «zadəganlar» 25 milyon avroya almışdılar. Belə olan halda 30-35 milyon Roman Abramoviçi tam təmin edərdi.

David Luisin və «Barselona»ya keçməyə əsas namizəd olan Jordi Albanın transferi komandanın müdafiəçinin mərkəzini və sol qanadını kifayət qədər gücləndirə bilər. Bütün bunlar isə yeni mövsümdə bu il əldən verilən titulları qaytarmaq üçün çox əhəmiyyətlidir.

Xəbər 998 dəfə oxundu.