Alveşi PSJ-yə verəcəklərmi?
Bu günlərdə «Barselona»nın oyunçusu Dani Alveş barədə xəbərlər sızır. İdman.com.az saytının məlumatınat görə, bir çox yerdən elçiləri olan braziliyalının son «istəklisi» əlində böyük pullar olan Fransa PSJ-sidir. Komandanın futbolçuya hazırda «Barselona»da olduğundan daha sərfəli müqavilə təklif edə bilərlər. Fransa klubu ən yüksək məqsədlər uğrunda mübarizə aparmaq niyyətindədi və bu yolda Alveş səviyyəli futbolçunun transferinin böyük əhəmiyyəti ola bilər.

Ancaq yayda «Barselona»nı tərk edəcək futbolçular arasında Dani Alveşin adı olacaqmı? Bu transfer kluba böyük pullar gətirə bilər. Katalan klubunda hələ ki, bu xəbərləri nə təsdiq, nə də təkzib edirlər. Oyunçuların alış-verişi ilə Andoni Subisaretta yalnız İspaniya Kubokunun final matçından sonra məşğul olmağa başlayacaq.

Alveşin artıq 29 yaşı var. Onun komandada yeri də möhkəmdir. Onu mövqeyində əvəz edə biləcək futbolçu isə gənc müdafiəçi Martin Montoyyadır. İstedadlı futbolçu «Barselona»nın əsas heyətinin qapısını getdikcə daha inamla döyən ən perspektivli oyunçudur.

Xəbər 970 dəfə oxundu.