Peşəkar Tennis Assosiasiyası qadın tennisçilərin yeni reytinq siyahısını açıqlayıb
Peşəkar Tennis Assosiasiyası (ATP) iyunun 12-də qadın tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb.

Ssiyahıya 6486 xalla yaponiyalı Naomi Osaka başcılıq edir. “Roland Garros” turnirin qalibi olan avstraliyalı Eşli Barti ATP-nın yeni reytinqində altı pillə irəliləyərək 6350 xalla ikinci yerdə qərarlaşıb. Çexiyalı Karolina Plişkova isə bir pillə geriləyərək 5685 xalla üçüncü yerdə qərarlaşıb.

İlk onluğun digər pillələrində müvafiq olaraq, hollandiyalı Kiki Bertens (5345), çexiyalı Petra Kvitova (4925), almaniyalı Angelik Kerber (4675), ukraynalı Elina Svitolina (3967), rumıniyalı Simona Xalep (3963), amerikalı Sloan Stivens (3682) və Belarus təmsilçisi Arina Sobolenko (3565) yer alıblar.

Xəbər 1081 dəfə oxundu.