Ölkə kubokunu izlə, avtomobil ud
Azərbaycan kubokunun finalında uduşlu hədiyyələr olacaq. İdman.com.az saytının məlumatına görə, mayın 17-də “Dalğa Arena”da keçiriləcək həlledici matçı izləməyə gələnlər qiymətli hədiyyələr qazana biləcəklər. Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

Sitat: “Əsl final ab-havası olacaq. Onu deyə bilərək ki, uduşlu hədiyyələr arasında avtomobil də olacaq. Hədiyyələrlə bağlı məlumat veriləcək”.
Qeyd edək ki, son illərdə final oyunlarında uduşa avtomobil qoyulub.

Xəbər 868 dəfə oxundu.