Beynəlxalq Atletika Federasiyasının yeni adı və loqosu təqdim olunub
Beynəlxalq Atletika Federasiyasının İcraiyyə Komitəsinin 217-ci iclasında təşkilatın yeni adı və loqosu təqdim edilib.

Təşkilatın yeni adı “World Athletics” olub. Bu ad idmanın daha yeni, modern və yaradıcı tərəfini göstərmək üçün seçilib.

Beynəlxalq Atletika Federasiyası əvvəlki adı ilə 100 ildən çox müddətdə fəaliyyət göstərib. Yeni ad oktyabrda Dohada keçiriləcək dünya çempionatından sonra istifadə olunacaq.

Xəbər 814 dəfə oxundu.