Azad Rəhimov 17 yaşlı futbolçu qızların oyununu izləyib
Ölkəmizdə futbolun kütləviliyinin genişləndirilməsi və bu idman növünə uşaqlar arasında marağın daha da artırılması məqsədilə AFFA-nın Gənclər və İdman Nazirliyi ilə növbəti birgə tədbiri Bakı şəhərindəki 6 saylı orta məktəbdə keçirilib. İdman.com.az saytının məlumatına görə, AFFA tərəfindən quraşdırılmış süni örtüklü meydançada U-17 yığma ilə məktəbin komandası arasında yoldaşlıq oyunu təşkil olundu.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov və məktəbin direktoru Gülşən Orucova çıxış edərək, belə bir oyunun keçirilməsini futbolun kütləviliyinin genişlənməsi baxımından yüksək qiymətləndirdilər.

Qeyd olundu ki, bu idman ilində həyata keçirilən maraqlı layihələrdən bir olmaqla yanaşı, uşaqların idmana, o cümlədən futbola olan marağını durmadan artıracaq. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin talismanı olan Top Top Qız -ında azarkeşlik etdiyi oyun yığma komandanın 10:5 hesablı qələbəsi ilə başa çatdı.

Xəbər 1042 dəfə oxundu.