Futbol veteranları ilə jurnalistlər Xalq artistinin şərəfinə dostluq matçında qarşılaşıblar
Xalq artisti, “Şöhrət” ordenli teatr və kino xadimi İlham Namiq Kamalın 70 illiyi münasibətilə Sumqayıtdakı “Kapital Bank Arena”da şəhərin futbol veteranları ilə jurnalistlər arasında dostluq matçı keçirilib.

Oyundan öncə klubun vitse-prezidenti Vaqif Ömərov tədbir iştirakçılarını salamlayaraq, yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib. Daha sonra isə İlham Namiq Kamala “Sumqayıt” FK-nın 70 nömrəli idman geyimi hədiyyə olunub.

Veteran hakim Azad Mütəllimovun idarə etdiyi qarşılaşmanı 4:1 hesabı ilə jurnalistlər qazanıb. Emin Abbasovun dubl etdiyi oyunda Gündüz Abbaszadə və Firuz Abdulla hərəyə bir dəfə veteranların qapısına yol tapıb. Veteranların qolunun müəllifi isə Kənan Hacıyev olub.

AZƏRTAC

Xəbər 740 dəfə oxundu.