Abşeron Olimpiya İdman Kompleksində mas-restlinq üzrə dünya kubokunun 1-ci mərhələsi keçirilir
Abşeron Olimpiya İdman Kompleksində mas-restlinq üzrə dünya kubokunun 1-ci mərhələsi - açıq Avropa çempionatı keçirilir.

İyunun 8-də başlayan turnirə Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Pakistan, Rusiya, Slovakiya, Türkmənistan, Özbəkistan, Ukrayna və Finlandiyadan 200 idmançı qatılıb.

Qeyd edək ki, dünya kuboku turniri Gənclər və İdman Nazirliyi, Beynəlxalq Mas-Restlinq Federasiyası və Azərbaycan Mas-Restlinq Federasiyası tərəfindən təşkil olunub.

Bu gün yarışda qaliblər müəyyənləşəcək.
Beynəlxalq Mas-Restlinq Federasiyasının rəhbərliyi dünya kubokunu canlı izləmək üçün ölkəmizə səfərə gəlib.

Xəbər 856 dəfə oxundu.