“Qəbələ” klubu “Çezena” və “Venetsiya” komandaları ilə qarşılaşacaq
İtaliyanın San Vito şəhərində “Fabio Zukkeri Memorialı” start götürüb. “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edir.

İyunun 10-dək davam edəcək turnirdə 16 komanda mübarizə aparır.

“Qəbələ” “A” qrupunda İtaliya təmsilçiləri “Çezena”, “Venetsiya” və “Manzanese” ilə üz-üzə gələcək. Qrup mərhələsinin görüşləri iyunun 8-də baş tutacaq.

“B” qrupunda “Udineze”, “Pordenone”, “Donatello” (hamısı İtaliya), “Zrinski” (Bosniya və Herseqovina), “C” qrupunda “İnter”, “Cenoa”, “Esperia-97” (hamısı İtaliya), “Qrbçi” (Xorvatiya), “D” qrupunda isə “Triestina”, “Akuileya” (hər ikisi İtaliya), “Hayduk” (Xorvatiya) və “Qoritsa” (Sloveniya) mübarizə aparacaqlar.

Xəbər 763 dəfə oxundu.