Pauerliftinq üzrə dördqat dünya çempionu Zaur Cəfərov növbəti qələbəsini qazanıb
Pauerliftinq üzrə dördqat dünya, üçqat Avropa və 11 dəfə Azərbaycan çempionu olan tanınmış idman ustası və fitnes üzrə təlimatçı məşqçi Zaur Cəfərov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan pauerliftinq üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

150-dən çox idmançının qatıldığı turnirdə 110 kiloqram çəki dərəcəsində çıxış edən Zaur Cəfərov press-benç hərəkətində 287,5 kiloqramı ram edərək qalib adını qazanıb.

Qeyd edək ki, çempionatda 15 rayonu təmsil edən 20 klubun heyətində 150-yə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparır. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, İran təmsilçiləri də mübarizəyə qoşulublar.

Xəbər 992 dəfə oxundu.