AFFA-nın prezidenti və İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izləyiblər
İyunun 3-də “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzindəki əsas meydanda AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan milli komandası ilə görüşüb.

Rövnəq Abdullayev görüşdə çıxış edərək Avro-2020-nin dörd oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. O, Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığmaları ilə oyunlarda millimizə uğurlar arzulayıb.

Yığmamızın kapitanı Maksim Medvedev AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə komandanın adından təşəkkürünü bildirib.

affa.az

Xəbər 749 dəfə oxundu.