Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə elan edir
22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli Paralimpiya Komitəsi və Mətbuat Şurası jurnalist yazıları müsabiqəsi elan edib.

Müsabiqənin məqsədi Azərbaycanda Paralimpiya hərəkatının və dəyərlərinin təbliği, əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiya olunması, bu sahənin inkişafı istiqamətində dövlət qurumlarının, o cümlədən özəl şirkətlərin fəaliyyətinin stimullaşdırılması, müvafiq sahələrdə qazanılan mühüm irəliləyişlər barədə ictimaiyyətin məlumatlandırılmasında jurnalistlərin həvəsləndirilməsidir.

Jurnalistlər “Əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyası”, “Əlil idmanına dəstək və korporativ sosial məsuliyyət” mövzularında müsabiqəyə yazılar təqdim edə bilərlər.

Müsabiqədə birinci yerin sahibi üçün 1000, ikinci yer üçün 500, üçüncü yerə layiq görülənlər (iki nəfər) üçün isə 300 manat məbləğində mükafat nəzərdə tutulub.

Xəbər 826 dəfə oxundu.