Lixtenşteyn-Azərbaycan oyununun hakimləri müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycanın millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib.

İyunun 6-da keçiriləcək oyunun baş hakimi Şimali İrlandiya təmsilçisi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.

Qeyd edək ki, Lixtenşteyn-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da “Sportpark Eşen-Mauren” stadionunda start götürəcək.

Xəbər 686 dəfə oxundu.