“Zirə” klubu “Qəbələ”nin yarımmüdafiəçisi ilə ikiillik müqavilə imzalayıb
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda Elvin Camalovla anlaşıb. İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə bağlanıb.

E.Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Futbolçu, həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.

“Zirə”nin yeni transferi deyib: “İlk olaraq futbolçu kimi inkişaf etməyimdə əməyi olan “Qəbələ” Futbol Akademiyasına, məşqçilər korpusuna və klub rəhbərliyinə təşəkkür edirəm. Çox sevinirəm ki, bu komanda ilə Azərbaycan kubokunu qazanıb, titulla ayrıldım. İndi isə iddialı “Zirə” ilə ikiillik müqavilə bağladığıma görə şadam. Bu komanda ilə yeni uğurlar qazanmağa çalışacağam. Karyeramda yeni səhifə açılır. Mənə inanıb dəvət etdiklərinə görə “Zirə”yə təşəkkür edirəm. Bu inamı doğrultmağa çalışacağam”.

Xəbər 710 dəfə oxundu.