Millimizin oyunlarına bilet satışı davam edir
Futbol üzrə Azərbaycan milli komandasının “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya milli komandasına qarşı “Bakcell Arena”da keçirəcəyi oyunlara bilet satışı davam edir.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, kateqoriyadan asılı olaraq biletlərin qiyməti 2-5 manat təşkil edir. Azarkeşlər VIP biletləri 20 manata əldə edə bilərlər.

Qeyd edək ki, hər iki görüş saat 20:00-da start götürəcək.

Xəbər 625 dəfə oxundu.