Həvəskarlar arasında futbol yarışı keçiriləcək
İyunun 15-dən iyulun 15-dək 2006-2007-ci il təvəllüdlü həvəskarlar arasında Bakı şəhər, kənd və qəsəbələrin kubok turniri keçiriləcək. Yarışlar 12 komandanın iştirakı ilə 2 qrupda təşkil olunacaq.

Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı və AFFA-nın kütləvi departamentinin rəhbərliyi ilə keçiriləcək futbol yarışı Binə qəsəbəsində baş tutacaq. Qalib gələn komandalar diplom və kubokla təltif olunacaqlar.

Qeyd edək ki, püşkatma mərasimi iyunun 7-də olacaq. Mayın 31-dən bu oyunlarla bağlı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində iclas keçirilib.



Xəbər 802 dəfə oxundu.